“Qarabağ”ın futbolçusu Ovusu Kvabena "İnstaqram" hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə “Olimpiakos”la görüşdən fotosunu paylaşan qanalı hücumçu vurduğu qolu Qana millisinin sabiq üzvü Asamoa Qyana həsr etdiyini bildirib:
“Mən təvazökarlıqla bu qolu əfsanəvi Asamoa Qyana həsr edirəm. Hər zaman sizi qürurlandıracağam. İrəliyə davam”.
Qeyd edək ki, Kvabena "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri matçda ilk qolun müəllifi olub.
Bizim.Media