Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib israilli Tohar Butbul olub.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.
Qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.
Bizim.Media