Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, UEFA-nın saytında keçirilən səsvermədə "Vilyarreal"dan Joze Luis Morales 1-ci olub.
O, "Fiorentina"dan Kristian Kouame, "Molde"dən Ola Braynhildsen, "Silkeborq"dan Kasper Kusku qabaqlayıb.
Qeyd edək ki, Morales Konfrans Liqasının 3-cü turunda "Austriya" ilə matçda (5:0) 3 qol vurub.
Bizim.Media
