Qurban Qurbanov: “Bakıdakı matça daha ciddi hazırlaşacağıq”

“Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü tur oyunları çərçivəsində səfərdə Yunanıstanın “Olimpiakos” komandasını məğlub edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Olimpiakos" haqqında mənfi düşüncəm yoxdur. Matçdan əvvəl 5-li müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm.
Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. "Olimpiakos" haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər.

“Çox vacib 3 xal əldə etdik. Dünən də fikirlərimdə qeyd etmişdim ki, çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynayacağıq. Belə atmosferdə oynamaq bizim üçün xoşdur. “Olimpiakos”a uğurlar arzulayıram. Rəqib komandanın futbolçuları çox bacarıqlıdır, səhvlərdən maksimum istifadə edə bilərlər”, - deyə Q.Qurbanov əlavə edib.
Q.Qurbanov üçüncü qoldan sonra futbolçuların “Olimpiakos”un tribunalarına tərəf yaxınlaşmasına və əl hərəkətləri etməsinə də toxunub:

"Biz elə ölkədə yaşayırıq ki, iğtişaş haqqında, ümumiyyətlə, düşüncəmiz yoxdur. Bəzən futbolçu necə sevindiyini hiss etmir. Çempionat oyununda da belə qol sevinci olur. “Qarabağ” klubu olaraq, xüsusən də, xaricdə özümüzü düzgün idarə etməyə çalışırıq. Bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən bu azarkeşlər haqqında xoş sözlər deyirəm. Bu fikirlərimi futbolçular da eşidirlər. Həmişə öz aramızda danışanda deyirik ki, həmişə rəqibə, onun azarkeşlərinə hörmətlə yanaşmaq vacibdir”.

Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 9 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 6 xalla ikinci, “Nant” isə 3 xalla üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur. Azərbaycan çempionu ilk oyununu səfərdə “Frayburq”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. İkinci turda “Qarabağ” klubu “Nant”ı qəbul edib və 3:0 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 13-də doğma meydanda “Olimpiakos”a qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Ərdoğanı təmsil edəcək

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Ərdoğanı təmsil edəcək

Bacısı oğluna işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"

Bacısı oğluna işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa ÇAĞIRDI

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa ÇAĞIRDI

Trampdan qalmaqallı VİDEO: "Tanrı dünyanı idarə etmək üçün Trampı yaratdı"

Trampdan qalmaqallı VİDEO: "Tanrı dünyanı idarə etmək üçün Trampı yaratdı"

“Barselona”dan tarixi REKORD

“Barselona”dan tarixi REKORD

Anasının ölüm xəbərinə ürəyi dözmədi – İki saat sonra vəfat etdi

Anasının ölüm xəbərinə ürəyi dözmədi – İki saat sonra vəfat etdi

Vyetnamın Vitse-prezidenti Azərbaycana GƏLDİ

Vyetnamın Vitse-prezidenti Azərbaycana GƏLDİ

Sabah 29 dərəcə isti olacaq – PROQNOZ

Sabah 29 dərəcə isti olacaq – PROQNOZ

Sonsuzluqdan bizə baxıb gülümsəyir... - Fotolar

Sonsuzluqdan bizə baxıb gülümsəyir... - Fotolar

İlon Maskın şirkəti Ukrayna ordusuna məhdudiyyət tətbiq etdi: PUA tapşırıqları yarımçıq qaldı

İlon Maskın şirkəti Ukrayna ordusuna məhdudiyyət tətbiq etdi: PUA tapşırıqları yarımçıq qaldı

Türkiyə süni intellektlə idarə olunan kamikadze dronlarını sınaqdan keçirdi – VİDEO

Türkiyə süni intellektlə idarə olunan kamikadze dronlarını sınaqdan keçirdi – VİDEO

Təcrübə yox, burun lazımdır - Qeyri-adi vakansiya elan etdilər

Təcrübə yox, burun lazımdır - Qeyri-adi vakansiya elan etdilər

"Sahar Azəri"nin təqdim etdiyi xəbər məqsədyönlü manipulyasiya cəhdidir - FOTO

"Sahar Azəri"nin təqdim etdiyi xəbər məqsədyönlü manipulyasiya cəhdidir - FOTO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

Kart tarifləri vətəndaşlara şamil olunmur – RƏSMİ

Kart tarifləri vətəndaşlara şamil olunmur – RƏSMİ

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Lavrov Azərbaycana GƏLİR

Lavrov Azərbaycana GƏLİR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

End of content

No more pages to load

RADİO