La Liqada sentyabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Bizim.Media La Liqanın saytına istinadən xəbər verir ki, bu, "Real"dan Federiko Valverde olub. 24 yaşlı yarımmüdafiəçi səsvermədə Robert Levandovski ("Barselona"), Dani Parexo ("Vilyarreal"), Samu Kastilyexo ("Valensiya"), Luis Felipe ("Betis"), Brais Mendes ("Real Sosyedad") və Niko Uilyamsı qabaqlayıb ("Atletik").
Qeyd edək ki, Valverde bu ay keçirdiyi 5 matçda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media