Azərbaycan idmançıları Türkiyənin Bursa vilayətinin İznik şəhərində keçirilən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.
Bizim.Media xəbər verir ki, açılış mərasimi “TRT AVAZ” da canlı yayımlanıb.
İznik gölü sahilində təşkil olunan açılış mərasiminə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da qatılıb. Açılış nitqi ilə çıxış edən ölkə başçısı oyunların əhəmiyyətindən və köçəri xalqlarının dünya tarixindəki yerindən danışıb.
Qeyd edək ki, oyunlar 29 sentyabr - 2 oktyabr tarixlərində baş tutacaq. Oyunlarda 102 ölkədən 3000-dən çox idmançı 13 ənənəvi idman növü üzrə mübarizə aparacaq.
Bizim.Media