"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən olan "Olimpiakos" PAOK-dan bu yay azad agent kimi ayrılan qolkiper Aleksandros Pasxalakisin transferini rəsmiləşdirib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı ilə müqavilə imzalanıb.
Lakin sözləşmənin detalları açıqlanmayıb. Pirey təmsilçisinin Aleksandrosu Tomaş Vatslikin Çexiya millisinin düşərgəsində zədələnməsinə görə transfer edib.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media