Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Yamayka ilə yoldaşlıq görüşündə (3:0) milli komandasının heyətində 90-cı qolunu vurub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, oyunda Messi dubla imza atıb.
Qeyd edək ki, matç zamanı meydana bir azarkeş daxil olub və Messidən belinə avtoqraf yazmağı xahiş edib. Bu zaman isə təhlükəsizlik işçiləri onu tutaraq istəyinin reallaşmasına imkan verməyiblər.
Bizim.Media