Futbol üzrə dünya çempionatının keçirilməsi üçün Qətərin xərclədiyi məbləğ bəlli olub.
Bizim.Media "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu barədə yarışın kommunikasiya direktoru Fatma Əl-Nuaymi açıqlamasında bildirib.
"Mundial üçün 208 milyon avro xərclənib. Bu məbləğ Qətər üçün milli inkişaf və modernləşmə strategiyasının bir hissəsidir. Yeni yollar, metro, hava limanı, otellər, digər turizm obyektləri, milli komandaların və azarkeşlərin faydalanacağı nəhəng infrastruktur layihələrinin əksəriyyəti DÇ-2022-yə ev sahibiliyi hüququnu əldə etməmişdən əvvəl planlaşdırılıb" - deyə Əl-Nuaymi qeyd söyləyib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək gerçəkləşəcək.
Bizim.Media