Şimali Makedoniya millisində çıxış edən "Sumqayıt"ın futbolçusu Todor Todoroski UEFA Millətlər Liqasının 6-cı turunda Bolqarıstanla keçirilən oyunda meydandan qovulub.
Bizim.Media xəbər verir ki, 32 yaşlı müdafiəçi görüşün 14-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb.
Görüş Bolqarıstanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Todor Todoroski bu mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edir.
Bizim.Media