17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.
Qarşılaşmalar 5-12 oktyabrda gerçəkləşəcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.
Bizim.Media