Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, ikinci yarış günündə Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) 1/4 final qarşılaşmalarından da qalib ayrılmağı bacarıb.
Qələndərzadə qızıl xal bölümündə italiyalı Vinçentso Pelleqranı vazari ilə yenib. Hacıyev isə serbiyalı Velimir Kosoviçi 109 saniyəyə ipponla üstələyib.
Yarımfinalda onlar müvafiq olaraq, macarıstanlı Gergeli Adoryani və çexiyalı Adam Kopeçki ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb. (report.az)
Bizim.Media