“Qarabağ”ın BÖYÜK QƏLƏBƏSİ: “Komandamızın gələcəyi haqqında 4-cü turdan sonra danışa bilərik” - ŞƏRH

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin II turunun matçına çıxaraq Fransa “Nant”ını qəbul edib. Oyunda 3:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçiləri bu çətin günlərdə yaralarımızın sarğısıdır. Və bu qələbəni də şəhidlərimizin əziz ruhuna ithaf etdilər.

“Qarabağ” həmçinin bu qələbə ilə qrupda “asan yem” olmadığını nümayiş etdirdi. Bəs “Frayburq”la müqayisədə “Nant” daha zəif rəqib hesab oluna bilərmi?

Futbol şərhçisi Ceyhun Əliyev Bizim.Media-nın sualını cavablayıb. Onun sözlərinə görə, hər iki klub “Böyük beşlik”dən olsa da, hər kimə sirr deyil ki, Fransa bu ölkələr arasında ən zəifi hesab olunur: 

“Daha bir nüans komandaların öz çempionatlarındakı mövqeləri ilə bağlıdı. “Frayburq” Bundesliqanın lideri, “Nant” isə Liqa-1-in autsayderi. Bununla mən heç də Azərbaycan çempionunun parlaq qələbəsinə kölgə salmaq niyyəti güdmürəm.

Sadəcə, ədalətsizliyə yol verilməsinin əleyhinəyəm. Almanlardan alınan məğlubiyyətdən sonra “CBC Sport”un efirindən “Frayburq”un təmsilçimizə qarşı cəmi 15 dəqiqə oynadığını bildirmişdim. Bunun da sübutu olaraq ötən gecə almanlar eyni ssenarini təkrarladılar.
Əsas diqqətini ölkə çempionatına yönəldən klub startda maksimal sürəti işə salır, istədiyi nəticəni əldə edir, daha sonra isə rəqibin “dalğası”na enir. Yunanlara qarşı da bunu tətbiq edən klub ilk 15 dəqiqədə 2 qol vurmaqla istəyinə çatdı. Bundan sonra isə özünü yormadı və daha 1 qol vuraraq rahat qələbə qazandı.

“Nant”a gəlincə, Qurban Qurbanov bir qədər riskli taktika seçmişdi. İlk yarıda topu rəqibə verən təcrübəli mütəxəssis rəqibini yormaq məqsədi güdürdü. Qonaqlar da bu tələyə düşdü.

Qurbanovun əsas istəyi 45 dəqiqə ərzində qol buraxmamaq idi. İkinci hissədə isə sürəti artırmaq hesabına rəqibi şoka salan Azərbaycan çempionu 12 dəqiqəyə cütlüyün taleyini həll etdi”.

Dünənki qələbəni nəzərə alsaq, komandamızın qrupdan çıxmaq şansı necə qiymətləndirilir?

“Bu sual məni 1996-cı ilə qaytardı. Həmin vaxt millimiz İsveçrə üzərində 1:0 hesablı qələbə qazanmışdı. Bundan sonra xeyli futbolsevər millimizin qrupdan çıxmaq şansları üzərində baş sındırmağa başlamışdı. “Qarabağ” qrupda ilk qələbəsini qazanıb.

Bəli, qısa marağında 3 xal olduqca önəmlidir, amma indiki halda hansısa fikir formalaşması qeyri-mümkündür. 1/8 finala çıxmaq barədə yeganə danışa biləcək komanda “Frayburq”du ki, onların da aktivində 6 xalı var. Ağdamlılara gəlincə, bu suala 4-cü tur bitdikdən sonra qismən cavab vermək mümkün olacaq”.

Qarşıda isə “Qarabağ”ı “Olimpiakos”la oyunlar gözləyir. Komanda hər nə qədər qrup sonuncusu olsa da, heyət baxımından güclü görünür. Bəs, Yunanıstan təmsilcisi ilə oyunlarda da Qarabağ uğurlu nəticə qazana bilərmi?
“Əvvəldən dediyim fikirdə qalıram ki, Qurban Qurbanovun komandası qrup 3-cüsü olaraq Konfrans Liqasına vəsiqə əldə etsə, bu, uğur sayılmalıdır. Bu yolda isə əsas rəqibin “Olimpiakos” olduğunu dəfələrlə bildirmişəm.

Dolayısı ilə Yunanıstan nəhəngi ilə matçlar həlledici olacaq. Bu görüşlərdə 4 xal toplamaq mümkün olsa, “süvarilər” Konfrans Liqasının pley-offuna yüksələ biləcək. Hətta 2 xal da bu yolda kifayət edəcək. Ancaq “Olimpiakos”dan 6 xal almaq mümkün olsa, çempionumuz tarixdə ilk dəfə Avropa Liqasının 1/8 finalına yüksəlmək şansı əldə edəcək.

Məncə, ötəngünkü nəticəyə əsasən eyforiyaya qapılmaq faciəyə nəticələnə bilər. “Olimpiakos” tam fərqli futbol oynayır. Ümumiyyətlə, yunanlar hər zaman iyrənc oyun göstəriblər:

Nə özləri oynayır, nə də rəqibə imkan vermirlər. Xüsusilə, Bakıda qalib gəlmək müşkül məsələ olacaq. Təbii ki, Qurban Qurbanov da dediklərimi yaxşı bilir. Zənnimcə, komandamız qapalı oynayacaq Pirey təmsilçisi ilə eyni dalğada oynamalı, böyük quvvəylə irəli getməməlidir.
Çünki burda psixoloji məqam var: yunanlar qrup 3-cüsü olmaq üçün “Qarabağ”a mütləq qalib gəlməlidirlər. Bax, bu məqamdan istifadə edərək, rəqibin açılmasını gözləmək ən uyğun gediş olar. Belədə, hər iki görüşü qələbə ilə bitirmək olar”, - deyə, C.Əliyev qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bürclərin üzünə bəxt qapıları açılır

Bu bürclərin üzünə bəxt qapıları açılır

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

Müctəba Xameneinin müraciəti yayıldı - Yeni əmrlərinin DETALLARI

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

"Neftçi" belçikalı futbolçunu heyətinə qatdı

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ərdoğan və Putin gələn həftə görüşürlər - TARİX

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Ukrayna müharibənin qışa qədər davam edəcəyini BƏYAN ETDİ

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi - FOTO

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Ukraynanın eks-müdafiə naziri Fyodorova İtaliyada vəzifə verildi

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

Deputat dəniz kənarında karate ilə məşğul oldu - FOTO

End of content

No more pages to load

RADİO