Xəbər verdiyimiz kimi, bu gün Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu keçirilir.
Bizim.Media xəbər verir ki, matçdan öncə yürüş keçirən komandamızın fanatları "Şəhidlər ölməz, vətən bölünməz" şürair səsləndiriblər.
Həmçinin, azerkeşlər matçdan öncə stadionda şahidlərin xatirəsini anıblar.
Qeyd edək ki, "Qarabağ"ın şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya müraciətinə qurumdan rədd cavabı verilmişdi.
Bizim.Media