İngiltərə Premyer Liqasında 8-ci turun üç oyunu təxirə salınıb.
Bizim.Media turnirin saytına istinadən xəbər verir ki, təxirə salınan matçlar "Çelsi" - "Liverpul", "Mançester Yunayted" - "Lids Yunayted", "Kristal Pelas" - "Brayton" görüşləridir.
Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi ilə əlaqədar bu addım atılıb.
Daha əvvəl sentyabrın 18-i keçirilməsi planlaşdırılan sözügedən görüşlər qeyri-müəyyən müddətə təxirə salınıb.
Bizim.Media