Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov arxivini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, məşhur şahmatçı sosial şəbəkə hesabında kiçik yaşlarında çəkilən fotolarını paylaşıb.
Fotolarda Teymurla bərabər onun anası və nənəsi də əks olunub.
Qeyd edək ki, 35 yaşlı T.Rəcəbov bir neçə həftə əvvəl ikinci dəfə qız atası olub.
Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evli olan qrossmeyster qızına Nika adını verib. Teymur-Anna cütlüyü bu ilin yanvarında ailə həyatı qurub.
Xatırladaq ki, T.Rəcəbov ilk evlliliyini 2011-ci ildə Elnarə Nəsirli ilə etsə də, bir müddət sonra boşanıb. Şahmatçının bu evlilikdən Məryəm adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media





