Dünya üzrə sıralamada #Shusha həştəqi Britaniya kraliçasının vəfatı xəbərindən sonra 2-ci sırada yer alıb.
Bizim.Media xəbər verir ki, sentyabrın 8-dən etibarən üç gün ərzində QHT nümayəndələri, sosial media platformalarında səhifə və kanalların rəhbərləri, blogerlərin Şuşaya səfəri və 20-dən çox ölkədən 40-a yaxın beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri sosial şəbəkələrdə bir neçə dildə geniş paylaşımlara səbəb olub.
Beynəlxalq səyyahlar Şuşa, Ağdam, Füzuli və Xocavəndə baş çəkdikdən sonra sonuncu gün Zəngilan və Cəbrayıl rayonlarında olublar.
Ağalı kəndində ilk dəfə olan səyyahlar tez bir zamanda salınan ağıllı kəndə heyran qaldıqlarını dilə gətirdilər.
Bizim.Media