İngiltərə Premyer Liqasının VII turu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqanın məlumatında bildirilir.
Belə addım atılmasına Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümü səbəb olub. 1952-ci il fevralın 6-da 25 yaşında taxta çıxan kraliça 70 il ölkəni idarə edib.
Qeyd edək ki, II Yelizavetanın 97 yaşında ölümünə görə Avropa Liqasının “Mançester Yunayted” – “Real Sosyedad” görüşü 1 dəqiqəlik sükutla başlayıb.
Bizim.Media