Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, G qrupunda mübarizə aparan “Qarabağ” səfərdə Almaniyanın “Frayburq” klubunun qonağıdır.
Ağdam təmsilçisi Bundesliqanın lideri olan komanda ilə çətin oyuna çıxıb. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.
Qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.
Bizim.Media