“Gənc kikboksçular İspaniyada keçiriləcək Avropa Çempionatına ciddi şəkildə hazırlaşırlar və zalda onların məşqlərini izlədim. Açıq deyim ki, kikboksçular yarışa tam hazırdılar”x9d.
Bu sözləri Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Səbuhi Rəcəb Azərbaycan Kikboksinq Federasiyasının Təlim-Məşq Mərkəzində kikboksçuların məşqlərini izləyərkən bildirib:
“Təbii ki, burada kikboks üzrə 5 qat dünya çempionu, WAKO üzrə Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının Neftçi Kikboksinq İdman Cəmiyyətinin rəhbəri, milli komandanın baş məşqçisi və mənim də 15-illik dostum və əziz qardaşım Ehram Məcidovun zəhməti böyük rol oynayır. İdmançılar bütün zəhmətləri ilə özlərinə yarışa hazırlayırlar.
Onu da qeyd edim ki, zalda yaradılan şəriat məni heyran etdi. Kikboksçularımıza yaradılan şərait və hazırlıq səviyyələri Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili hörmətli Adil Əliyevin həm qayğısı, həm də diqqətindən irəli gəlir”x9d.
Federasiyanın vitse-prezidenti ölkədə idmana yarıdılan şəraitdən də danışıb:
“Bu gün ölkə rəhbəri cənab prezidentin idmana olan diqqəti demək olar ki,yüksək səviyyədə öz müsbət təsirini göstərir və bütün idman növlərində inkişaf prosesi gedir. Bunun nəticəsidir ki, idmançılarımız yüksək nailiyyətlər əldə edirlər. Hazırda cəmiyətimizdə sürətlə idmana qarşı maraq yaranmaqdadır”x9d,-deyə vitse-prezident əlavə edib.
Elnur Eltürk