Azərbaycan cüdoçusu Səid Mollayi (81 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, o, həlledici qarşılaşmada fransalı Alfa Umar Calo ilə üz-üzə gəlib.
Mollayi rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran Pridə 14 cüdoçu ilə təmsil olunur.
Bizim.Media
