UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Makkabi Təl-Əviv” (İsrail) oyununun biletləri sabah - iyulun 15-i saat 12:00-dan satışa çıxarılacaq.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Azfarın Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən futbol meydançalarından almaq olar.
Bizim.Media
