Yarışlar Bakı Kristal Zalında keçirilir.
Avropa Oyunlarının 7-ci günü Bakı Kristal Zalında qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.
Moderator.az xəbər verir ki, qadınlar arasında yarışlarda Azərbaycan təmsilçisi Fəridə Əzizova 10:30-da Hollandiya idmançısı Coys Van Baaren ilə yarışacaq.
Kişilər arasında yarışlarda təmsilçimiz Milad Beygi Harçeqani serbiyalı Damir Feyziclə 10:45-də qarşılaşacaq.