"Qarabağ" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasına mübarizə aparan və son mövsümü 7-ci pillədə tamamlayan "Botoşani" ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qarabağ"ın növbəti oyunları iyunun 29-da olacaq. Komanda həmin gün "Holştayn Kiel" (Almaniya) və "Universitatya Krayova" (Rumınya) ilə üz-üzə gələcək.
Qol: Kadi Borges, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 40, 58
Bizim.Media