Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.
Bizim.Media xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 7 idmançısı mübarizə aparıb və hər biri rinqdən qələbə ilə ayrılaraq finala yüksəlib.
Finala vəsiqə qazanan idmançılarımızın siyahısı:
Tacı Nəsibov (50 kq)
Məhəmmədəli Aşırəliyev (54 kq)
Məhəmmədəli Qasımzadə (57 kq)
Aysu İsmayılova (46 kq)
Nərmin Əlizadə (50 kq)
Aynur Mikayılova (52 kq)
Emili Rzayeva (66 kq)
Qeyd edək ki, boksçularımız final döyüşlərinə iyunun 26-da çıxacaqlar.
Bizim.Media