"Neftçi” hücumçu transferi həyata keçirib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, qanalı futbolçu Qodsvey Donyo ilə 2 il müddətinə müqavilə bağlanıb.
27 yaşlı forvard komandanın heyətində 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Q.Donyonun son klubu İsrail "Makkabi"si (Hayfa) olub.
Bizim.Media