"Qarabağ" Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneylə anlaşıb.
Bizim.Media xəbər verir ki, "ne45.com.br" saytı bu barədə məlumat yayıb.
Qeyd olunub ki, 24 yaşlı yarımmüdafiəçi iyulun 1-dən "köhlən atlar"a qoşulacaq.
Ağdam klubunun dayaq yarımmüdafiəçisi üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Braziliyalının "Nautiko" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.
Bizim.Media