2016-cı il sentyabrın 22-də “Kəpəz” Peşəkar Futbol klubunun Müşahidə Şurasının qərarı ilə icraçı direktor vəzifəsindən azad olunan və o vaxtdan futbol sahəsində çalışmayan Mehman Allahverdiyev klub yüksək liqaya vəsiqə qazandıqdan sonra yenidən rəhbər vəzifəyə təyin olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə təmsilçisi tanınmış mütəxəssislə 1 illik müqavilə imzalayıb. Bir zamanlar “Kəpəz”in önəmli futbolçularından olan, həm futbolçu, həm də məşqçi kimi uğurlara imza atan M. Allahverdiyevin Gəncə klubuna 3-cü qayıdışıdır.
O, "Kəpəz"in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu