"Qalatasaray" baş məşqçisi Domenek Torrenlə yollarını ayırıb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi ispaniyalı mütəxəssis və onun köməkçiləri ilə müqaviləni ləğv edib.
Qeyd edək ki, Domenek Torren bu ilin yanvarından "Qalatasaray"ı çalışdırırdı. Türkiyə mətbuatı Torreni Okan Burukun əvəzləyəcəyini yazıb.
Bizim.Media