"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Luvaqa Kizito ilə 1 illik müqavilə imzalanıb.
Afrikalı forvard ötən mövsümü İsrailin "Hapoel" (Nof-Ha-Qalil) komandasında keçirib.
Qeyd edək ki, "Səbail" yay fasiləsində Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənov və Zakpa Qobanı da heyətinə cəlb edib.
Bizim.Media