21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olacaq.
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Milan Obradoviçin müqavilə müddəti başa çatıb.
Onunla anlaşma uzadılmayacaq. U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinat yaxın müddətdə gerçəkləşəcək.
Bizim.Media