Kamerun millisinin sabiq üzvü Samuel Eto'oya "Barselona"da oynadığı dönəmdə (2004-2009) vergidən yayınmaqda ittiham olunduğu üçün 22 aylıq həbs cəzası verilib, 1,8 milyon avro cərimələnib.
Bizim.Media xəbər verir ki, məhkəmə prosesində o, vergidən yayındığını qəbul edib. Eto'o həbs olunmamaq üçün 3,8 milyon avro ödəyəcək.
Qeyd edək ki, onunla bağlı ilk olaraq 10 il müddətinə həbs cəzası tələb edilmişdi. Ancaq futbolçu 2 milyon avroluq vergi borcunu ödədiyi üçün ağır cəzadan qurtulmuşdu.
Bizim.Media