Bu gündən AFFA tərəfindən Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi işlərinə başlanılıb.
Bizim.Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hazırkı ot örtüyünün sökülməsi başa çatdıqdan sonra standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.
Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" ev oyunlarını bu arenada keçirir.
Bizim.Media