Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

“Bakı Dünya Kuboku-na ev sahibliyi etməyə tam hazırdır” 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

Baş katib qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq, 2020 və 2021-ci illərdə idmanın bu növü üzrə ölkəmizdə planlaşdırılmış beynəlxalq mötəbər yarışlar baş tutmasa da, Bakı Atıcılıq Mərkəzində ölkədaxili yarışlar, komandalarımızın hazırlıqları davam edib. 

Federasiya rəsmisinin sözlərinə görə, mövcud əlverişli şərait idmanın bu növünə marağın artmasına da imkan yaradıb.

“Son olaraq, 28 aprel - 2 may tarixlərində keçirilmiş güllə atıcılığı üzrə ölkə çempionatı yeniyetmə və gənclərimiz arasında idmanın bu növünə böyük maraq olduğunu bir daha nümayiş etdirib. Ölkənin regionlarından olan və müxtəlif idman klublarını təmsil edən 60-dan artıq gənc 10 metr məsafəyə pnevmatik tapança və pnevmatik tüfəng, 25 və 50 metr məsafəyə kiçikçaplı tapançadan atıcılıq hərəkətləri ilə yarışıblar” – Emin Cəfərov bildirib. 

Həmçinin Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcraiyyə Komitəsinin qərarı ilə 27 may – 7 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Kubokunda atletlər güllə və stend atıcılığının on beş Olimpiya növündə mübarizə aparacaqlar.
Bu mötəbər yarışda Bakı Atıcılıq Mərkəzi dünyanın 70-dən çox ölkəsindən 700-dək idmançısını qarşılayacaq. Tanınmış atıcılar, dünya və Avropa çempionları, Olimpiya Oyunlarının qalibləri bu dəfə ad almaq uğrunda Azərbaycanda yarışacaqlar. 

Qeyd edək ki, 2015-ci ildə istifadəyə verilmiş Bakı Atıcılıq Mərkəzi 16 hektar sahəni əhatə etməklə, infrastrukturu və təchizatı ilə Avropanın ən yaxşı 4 mərkəzindən biri hesab olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında AQEM-in Zirvə Görüşü ilə bağlı VİDEOÇARX

Renka biznes qurur - VİDEO

Renka biznes qurur - VİDEO

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Telegram-da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Prezidentdən dünyadakı müharibələrlə bağlı TARİXİ MESAJ – VİDEO

Naxçıvanda torpaqların təyinatının dəyişdirilməsi qaydası YENİLƏNDİ

Naxçıvanda torpaqların təyinatının dəyişdirilməsi qaydası YENİLƏNDİ

Dərmanları bu iki yerdə saxlamayın!

Dərmanları bu iki yerdə saxlamayın!

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Merts Trampın planını rədd etdi: Avropa Rusiya aktivlərini verməyəcək

Merts Trampın planını rədd etdi: Avropa Rusiya aktivlərini verməyəcək

Misir sahillərində antik dünyanın möcüzəsi həkk olunmuş üzük tapıldı - Arxeoloqlar ŞOKDA

Misir sahillərində antik dünyanın möcüzəsi həkk olunmuş üzük tapıldı - Arxeoloqlar ŞOKDA

Dağıstan Respublikasına yeni rəhbər SEÇİLDİ

Dağıstan Respublikasına yeni rəhbər SEÇİLDİ

Əli Əsədov Cəbrayıldakı GES-in tikintisi ilə bağlı QƏRAR VERDİ

Əli Əsədov Cəbrayıldakı GES-in tikintisi ilə bağlı QƏRAR VERDİ

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi – SƏBƏB

Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi – SƏBƏB

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Zelenski: “Putinə döyüşmək üçün yeni iradə verməkdənsə, onu dayandırmaq daha yaxşıdır”

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi

Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi

Sərnişinlərin NƏZƏRİNƏ - 8 marşrutun hərəkət sxemi dəyişdirilir

Sərnişinlərin NƏZƏRİNƏ - 8 marşrutun hərəkət sxemi dəyişdirilir

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

İki ildən çox əsir saxlanılan BMT əməkdaşı azad edildi

Yumurtanı rahat soymağın sirri

Yumurtanı rahat soymağın sirri

U -23 millimiz qələbə qazandı

U -23 millimiz qələbə qazandı

AQEM-in baş katibi İlham Əliyevə təşəkkür etdi

AQEM-in baş katibi İlham Əliyevə təşəkkür etdi

"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

"Siz kimsiniz ki, Azərbaycana dil uzadırsınız?" - Türkiyəli baş redaktordan SƏRT AÇIQLAMA

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

ADY-də ənənəvi qanvermə aksiyası keçirildi – FOTO

Xüsusi səfir təyin edildi

Xüsusi səfir təyin edildi

End of content

No more pages to load

RADİO