Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" - "Qəbələ" matçını izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da olub.
Bizim.Media xəbər verir ki, o, matçı "Zirə"nin fəxri prezidenti Orxan Məmmədov və klubun prezidenti Taleh Nəsibovla birlikdə izləyib.
Qeyd edək ki, görüş "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib.
Bizim.Media