Məşhur tennisçi Rafael Nadal bu gün Madriddəki Masters turnirində Miomir Kecmanoviçlə görüşünün vaxtının dəyişdirilməsini istəyib.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, buna səbəb Nadalın Çempionlar Liqasının yarımfinalında "Real" - "Mançester Siti" oyununu izləmək istəməsidir.
O, yarışın direktoru Felisiano Lopezə müraciət edib. Nadal "Real" - "Mançester Siti" matçına çata bilməsi üçün saat 18:00-da başlayacaq görüşünün vaxtının dəyişdirilməsini istəyib.
Qeyd edək ki, "Real" - "Mançester Siti" görüşü saat 23:00-da başlayacaq. Komandalar arasında ilk matç "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media