Futbol üzrə Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, “Qarabağ” və “Zirə” final matçı Qəbələ şəhər stadionunda oynanılacaq.
Mayın 27-də keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də olacaq.
AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.
Bizim.Media