Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Bizim.Media xəbər verir ki,"Qarabağ" evdə "Sabah"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bu nəticə ilə Ağdam təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi"ni 12 xal qabaqlayıb. Bununla da Qurban Qurbanovun komandası çempionluğunu rəsmiləşdirib. Bu, "Qarabağ"ın 9-cu çempionluğudur.
Qeyd edək ki, günün ilk matçında "Şamaxı" öz meydanında "Səbail"lə qolsuz heç-heçə edib.
Bizim.Media










