Hərracda argentinalı futbolçu Lionel Messinin El Klassikoda geyindiyi əfsanəvi forması satılıb.
Bizim.Media xəbər verir ki, bu, Lionel Messinin "Barselona"da 500-cü qolunu vurduğu formadır.
Messinin futbolkası hərracın qalibinə 427 680 avroya başa gəlib.
“Real Madrid” – “Barselona” matçı 23 aprel 2017-ci ildə oynanılıb. Messi dubl edib və onun ikinci qolu argentinalı üçün “Barselona”da 500-cü olub.
Qarşılaşma katalonların 3:2 hesablı qələbəsi ilə başa çatıb və qolu bayram edən hücumçu maykasını çıxararaq “Santyaqo Bernabeu”da azarkeşlərə nümayiş etdirib.
Bizim.Media