Məşhur futbol agenti Mino Rayola dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə onun ailəsi sosial şəbəkə hesablarında məlumat verib.
O, 54 yaşında ağciyər xəstəliyindən vəfat edib.
M.Rayola Avropada 20-dən çox tanınmış futbolçunun agenti olub. Onların arasında PSJ-dən Canluici Donnarumma, "Borussiya"dan (Dortmund) Erlinq Haaland, "Milan"dan Zlatan İbrahimoviç, “Yuventus”dan Matteys de Liqt, “Mançester Yunayted”dən Pol Poqba və digər məşhur futbolçular var idi.
Onun sərvətinin 60 milyon dollardan çox olduğu bildirilirdi.
Bizim.Media