Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı da bilinib.
Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə "Neftçi"ni məğlub edən "Zirə" həlledici qarşılaşmada "Qarabağ"ın rəqibi olub.
Matçın əsas və əlavə vaxtında hesab açılmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman qonbaqlar daha dəqiq (4:2) oynayaraq, finala adlayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü mayın 27-də olacaq.
Bizim.Media