Futbol üzrə Azərbaycan və Qazaxıstan milli komandaları arasında matçın keçiriləcəyi stadion bəlli olub.
Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, Millətlər Liqası çərçivəsində Azərbaycan millisi rəqibi ilə Qazaxıstanın paytaxtı Nur-Sultandakı "Astana Arena"da qarşılaşacaq.
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan matçı iyunun 3-də, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bizim.Media