Türkiyə kubokunda 2021/22 mövsümünün final oyunun keçiriləcəyi yer və vaxtı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Görüş mayın 26-da saat 20:45-də başlayacaq. Matç İstanbul Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Trabzonspor” – “Kayserispor” və “Alanyaspor” – “Sivasspor” oyunları keçiriləcək. Görüşlər 19-21 aprel və 10-12 may tarixlərində oynanılacaq.
Bizim.Media