Niderland millisinin baş məşqçisi Lui Van Qal xərçəng xəstəliyinə tutulub.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Voetbal International" nəşrinə açıqlama verib.
71 yaşlı mütəxəssis onda prostat vəzi xərçənginin aqressiv formasının olduğunu və futbolçuların bundan xəbərdar olmadığını söyləyib: “Onlar mənim sağlam olduğumu düşünürdülər. Amma belə deyil".
Qeyd edək ki, 2021-ci ildən yığmaya rəhbərlik edən mütəxəssis 2000-2001, 2012 - 2014-cü illərdə də Niderland millisində çalışıb.
Bizim.Media