Azərbaycan yunan-Roma güləşçisi Ülvi Qənizadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 72 kq çəki dərəcəsində rəqib litvalı Kristupas Sleyva olub.
Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 7-ci medalı qazandırıb.
Bizim.Media