Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 67 kq çəki dərəcəsində rəqib serbiyalı Sebastyan Nad olub.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında ilk dəfə nüfuzlu yarışda mükafatçılar sırasında yer alıb.
19 yaşlı pəhləvan 2021-ci ildə gənclər arasında Avropa və dünya çempionu, eləcə də U-23 dünya çempionatının qalibi olub.
Bununla da Azərbaycan klassik güləşçilərinin Avropa çempionatında medal sayı 6-ya çatıb.
Bizim.Media