Lamin Yamal “Barselona”nın tarixinə düşüb.
Bizim.Media xəbər verir ki, ispaniyalı hücumçu klub tarixinin ən gənc kapitanı olub.
Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Feyenoord”la matçda (5:1) Rafinya oyundan çıxarkən kapitanlıq sarğısını 19 yaşlı Yamala verib.
Beləliklə o, kataloniyalılarda bu sarğını daşıyan ən gənc oyunçu adına yiyələnib.
Buna qədər isə "Barselona"nın ən gənc kapitanı Boyan Krkiç olmuşdu. O, 20 yaşında İspaniya kubokunda kapitanlıq sarğısını taxmışdı.
Bizim.Media