Türkiyənin Samsun şəhərində keçirilən kapoeyra üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları 4 qızıl, 2 gümüş medal qazanıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Fərid Səlimov, Şamxal Hüseynov, Raul Hüseynov və Bəhlul Nadirov qızıl, Davud Əli və Sübhan Rəhimzadə isə gümüş mükafata sahib çıxıblar.



Bizim.Media