Masallı rayonunda ölümə səbəb olan bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Məmmədrzaküçə kəndində yaşanıb.
Kənd sakini, 46 yaşlı Əşrəf Əşrəfov həyətindəki palıd ağacını budamaq məqsədilə ağaca qalxıb.
Məlumata görə, həmin şəxs budama işləri zamanı müvazinətini itirərək yerə düşüb. Nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun cəsədi müvafiq qaydada aidiyyəti qurumlara təhvil verilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu