Rusiya Prezidenti Vladimir Putin Myanma lideri Min Aun Xlaynı Rusiyanın dostu adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
"Biz fundamental tərəfdaşımız, Myanma İttifaqı Respublikasının prezidenti, əziz dostumuz cənab Min Aun Xlaynı rəsmi səfərlə qəbul etməkdən çox şadıq", - deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, Rusiya və Myanmanı zamanın sınağından çıxmış möhkəm dostluq, tərəfdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır.
Bundan əvvəl Kremldə Putin və Min Aun Xlayn arasında görüş olub. Dövlət başçılarının dar və geniş tərkibdə keçirilən danışıqları üç saatdan çox davam edib. Söhbət zamanı Putin iki ölkə arasında təhlükəsizlik sahəsində münasibətlərin inkişafını qeyd edib. O, həmçinin vurğulayıb ki, Rusiya və Myanma iqtisadi istiqamətdə də birgə fəaliyyəti gücləndirməlidir.
Bizim.Media